Sənaye xəbərləriAzərbaycanın iki mobil rabitə operatoru ilin sonunadək 3G texnologiyasının tətbiqi üçün lisenziya alacaq
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi hazırda ölkənin iki mobil rabitə operatoru - «Azercell» və «Azerfon» şirkətlərinə 3G texnologiyasının tətbiqi üçün müvafiq lisenziyanın verilməsi məsələsinə baxır. «APA-Economics»in məlumatına görə, bunu rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.
Nazir qeyd edib ki, Nazirlik bu ilin sonunadək «Azercell» və «Azerfon» şirkətlərinə 3G texnologiyasının tətbiqi üzrə lisenziya verilməsini nəzərdə tutur: «Gələn ildən etibarən 3G texnologiyası üzərindən xidmətlərin göstərilməsi gözlənilir».
Qeyd edək ki, 3G standartı Beynəlxalq Elektrorabitə İttifaqı tərəfindən hazırlanıb və İMT-2000 (International Mobile Telecommunications 2000) adını daşıyır. 3G - İnternet şəbəkəsi xidmətləri ilə yüksəksürətli mobil çıxışı, məlumatların ötürülməsi kanallarını yaradan radioəlaqə texnologiyalarını birləşdirən «üçüncü nəsil» xidmətlər toplusudur. 3G üçüncü nəsil şəbəkələri 2 GHz tezliyində işləyir və məlumatları 2 Mbit/s sürəti ilə göndərir. 3G şəbəkələri videotelefon əlaqələri təşkil etməyə, mobil telefonda filmlərə, teleproqramlara və s. baxmağa imkan yaradır.URL http://www.apa.az/news.php?id=167741
bütün xəbərlər
|