|
“Dünyada sürətlə inkişaf edən informasiya texnologiyaları sahəsində biz hər zaman bir addım öndə olmalıyıq, rəqibləri də, zamanı da qabaqlamalıyıq. Məhz bu yanaşma bizə imkan verdi ki, biz qısa müddət ərzində Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları sahəsində demək olar, inqilab yarada bildik.”
İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti
BAKUTEL SƏRGİSİ
Xəzəryanı və Qafqaz regionlarında keçirilən ən iri telekommunikasiya sərgisi olan BakuTel sərgisi sizin biznesinizin Azərbaycanda inkişafı üçün ən əlverişli vasitədir. BakuTel çərçivəsində yeni tərəfdaş axtarışı, bazarın təhlili, istehlakçılar ilə effektiv iş aparmaq üçün şərait yaradılır. 16 illik iş ərzində sərgi İnformasiya-Kommunikasiya Texnologiyaları sammitinə çevrilmişdir.
BAKUTEL: FAKTLAR VƏ RƏQƏMLƏR
 |
Yaranma ili: |
1995 |
 |
Dövrilik: |
hər il |
|
|
|
| 2008-ci il göstəriciləri |
 |
Ümumi sahə: |
1 547 kv.m |
 |
Ziyarətçilərin sayı: |
13 129 |
 |
İştirakçı ölkə sayı:
|
16 |
 |
İştirakçı sayı: |
112 |
*Auditor RussCom IT Systems UFI tərəfindən təsdiq olunmuşdur
MÜTƏXƏSSİS VƏ İŞTİRAKÇILAR SƏRGİ HAQQINDA
Bu mənim BakuTel sərgisinə birinci gəlişim deyil, amma bu dəfə mən Azərbaycana xüsusi məmnuniyyətlə, sərginin 15 illik yubileyini təşkilatçılar və daimi iştirakçılar ilə birlikdə qeyd etməyə gəlmişəm. Və mən çox şadam ki, BakuTel sərgisi zamanın sınağından uğurla keçib, ildən ilə öz mühüm missiyasını yerinə yetirir.
Xamadun Ture, Beynəlxalq Telekommunikasiya Birliyinin baş katibi BakuTel 2009 sərgisinin ziyarəti vaxtı müsahibəsindən
BakuTel 2009 sərgisi son dərəcədə əhəmiyyətli hadisədir... Bunun səbəbi ondan ibarətdir ki, sərgi ölkənin infrastrukturun inkişafı üçün informasiya texnologiyalarının zəruriliyini vurğulayır. Mən qeyd etdim ki, sərgi daha da genişlənib və Azərbaycan şirkətləri və birgə müəssisələr öz təcrübə və biliklərini bütün regiona nümayiş etdirməyə hazırdırlar.
Cens Vandel, BMT-nin Avropa və MDB Ölkələri üzrə Regional Bürosunun Direktor Müavini BakuTel 2009 sərgisinin ziyarəti vaxtı müsahibəsindən
Mən Bakıya Berklidən Nazir cənab Əli Abbasovun BakuTel 2008 sərgisində iştirak etmək, Azərbaycan alimləri və Berkli şəhərinin Kaliforniya universitetinin BİSC qrupunun alimləri arasında sıx əməkdaşlıq yaratmaq dəvəti ilə gəlmişəm. Qeyd etmək istərdim ki, gözləmirdim ki, BakuTel sərgisi belə geniş miqyasda keçirilir.
Kaliforniya Universitetin professoru, dünya miqyaslı alim Lütfü Zadə BakuTel 2008 sərgisinin ziyarəti vaxtı müsahibəsindən
Mən Azərbaycan hökumətinin necə İT sahəsinin inkişafı marağında olduğunu görürəm. Biz də
Azərbaycan ilə bu sahədə əməkdaşlıq etməyə çox maraqlıyıq.
Bill Geyts, Microsoft korporasiyasının müəssisi BakuTel 2007 sərgisinin iştirakçılarına olan video müraciətindən
Biz artıq ikinci dəfədir ki, BakuTel sərgisində iştirak edirik. Bu sərgi regionda biznesin inkişafı üçün çox vacibdir, çünki dünya İKT bazarının nəhənglərinin diqqətini cəlb edir.
Amer Xouri, Vitse-Prezident, Orbital Sciences Corporation şirkəti BakuTel 2009
Sərginin müsbət rolu ondan ibarətdir ki, burada biz dünya səviyyəli qabaqcıl NSN texnologiyaları ilə maraqlanan potensial müştərilər ilə üz-üzə görüşüb, şirkətin bütün nailiyyətləri ilə tanış edirik. Bununla da, əlbəttə ki, Azərbaycan bazarında şirkətin nüfuzu daha da artır. Beləliklə, sərgidə iştirak etməklə şirkət öz statusunu saxlayır.
Aleksandr Boqomolov, Nokia Siemens Networks şirkətinin Azərbaycandakı direktoru BakuTel 2009
|