Sənaye xəbərləriAzərbaycan şəbəkə texnologiyalarının tətbiqi reytinqində MDB lideri olub.
Bakı. Aynur Vəliyeva - APA-Economics. Ümumdünya İqtisadi Forum «Global informasiya texnologiyaları 2009-2010» illik hesabatını açıqlayıb. «APA-Economics»in məlumatına görə, hesabat 133 ölkənin şəbəkə infrastrukturunun təhlilinin nəticələrindən ibarətdir. Ötən ilin yekunlarına əsasən, Azərbaycan reytinqdə 3,75 balla 64-cü yeri tutub və beləliklə MDB ölkələri arasında şəbəkə texnologiyaları səviyyəsinə görə lider olub.
Hesabata əsasən, MDB ölkələri arasında bu göstərici üzrə Qazaxıstan ikinci (ümumi reytinqdə 68-ci yer), Rusiya üçüncü (80-ci yer) yeri tutub. Sonrakı yerlərdə Ukrayna (82-ci pillə) və Gürcüstan (93-cü pillə) qərarlaşıb.
Qeyd edək ki, Azərbaycan nəinki MDB ölklərini, həmçinin 65-ci yeri tutmuş Polşanı və 69-cu yeri tutmuş Türkiyəni qabaqlayıb. Ermənistan isə Qananı və Mavritaniyanı ötərək 101-ci yeri tutub.
Vahid reytinqdə 5,65 balla İsveç dünya lideri olub, sonrakı yerləri isə Sinqapur, Danimarka, İsveçrə, ABŞ, Finlandiya, Kanada, Honq-Konq, Niderland və Norveç tutub. Keçmiş SSRİ ölkləri arasında lider mövqeyinə Estoniya (25-ci yer) malikdir.
Qeyd edək ki, ən zəif göstəricilər Boliviya, Zimbabve və Çadda qeydə alınıb.URL http://www.apa.az/news.php?id=181948 APA News alert service
bütün xəbərlər
|