Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия










Bütün video xəbərlər ...


Bakutel 2015 Daily News

Dekabr ayının 2-də Bakı Ekspo Mərkəzində İKT üzrə ən iri ixtisaslaşmış tədbir - 21-ci Azərbaycan Beynəlxalq “Telekommunikasiya və İnformasiya texnologiyaları” “Bakutel 2015” sərgisi öz qapılarını ziyarətçilərin üzünə açdı. Keçirildiyi illər ərzində “Bakutel” sərgisi informasiya texnologiyaları üzrə yeni məhsul və xidmətlərin nümayiş etdirildiyi əsas meydança kimi, möhkəm əlaqələrin qurulduğu və yeni müəssisələrin təsis olunduğu əsas biznes-platformaya çevrilmişdir.


Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyev “Bakutеl-2015” sərgisinin ekspozisiyası ilə tanış oldu. Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin stendində ölkə başçısına sənayenin inkişafı istiqamətində həyata keçiriləcək gələcək layihələr barədə məlumat verildi. Daha sonra Prezident İlham Əliyev bir sıra digər stendlərlə də tanış oldu və BƏƏ-nin milli stendini ziyarət etdi. Ölkə başçısının iştirakı ilə “Bakutеl-2015” sərgisi çərçivəsində “Azerspace-2” peykinin orbitə buraxılmasına dair “Azərkosmos” ASC ilə Fransanın “Arianespace” şirkəti arasında saziş imzalandı.











Təntənəli açılış mərasimində rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini, rabitə və yüksək texnologiyalar nazirinin səlahiyyətlərini müvəqqəti olaraq icra edən edən Ramin Quluzadə Azərbaycanda İT sənayesinin inkişafı üzrə proqramların həyata keçirilməsinin bariz göstəricisi olan “Bakutel-2015” sərgisinin əhəmiyyətini vurğuladı. Təşkilatçıları adından c-b Edvard Stroon Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə sərgi ilə əməkdaşlıq etdiyinə və göstərdiyi dəstəyə görə öz minnətdarlığını ifadə edərək, bu il sərginin dünyanın 21 ölkəsini təmsil edən 203 şirkəti bir arada topladığını və iştirakçıların 15%-nin sərgidə debüt etdiyini bildirdi.


Sərginin iştirakçıları arasında “ACER”, “Avirtel”, “Azercell Telecom”, “Azerkosmos”, “Azerfon”, “Azqtel”, “Airbus”, “Bakcell”, “BestComp Group”, “CISCO”, “Delta Telecom”, “Digital Source”, “HP”, “Huawei”, “IBM”, “LENOVO”, “R.I.S.K. Company”, “SAP”, “SINAM”, “Smart Systems Technology”, “Softline International”, “Schneider”, Sumqayıt Tenologitya Parkı, “Teleradio”, “Ultra Technologies”, “ZTE” və digər bu kimi aparıcı İKT şirkətləri, habelə Azərbaycanın mobil / rabitə operatorları, internet provayderləri və sistem inteqratorları, eləcə də tanınmış brendlərin distribyutorları var.Beləliklə, sərginin ziyarətçiləri yaxın gələcəkdə ölkə bazarına daxil olacaq yüksək texnologiyalı həll variantları və xidmətlərlə tanış olan ilk insanlar olacaqlar.











Sərgini müşayiət edən işgüzar proqram çərçivəsində iştirakçı şirkətlər Bakı Ekspo Mərkəzində bir sıra seminarlar keçirəcəklər. Sərginin bütün qonaq və ziyarətçilərini işgüzar görüş və danışıqlarla yanaşı, IT texnologiyalarından  istifadə etməklə keçiriləcək sürprizlər, müsabiqələr və viktorinalar gözləyir. Ziyarətçilər üçün əsil hədiyyəni isə sərginin təşkilatçıları – “Iteca Caspian” və “Caspian Event Organisers”  (“CEO”) şirkətləri hazırlayıblar, belə ki, Londonun “Magic Circle” sirkinin tanınmış illüzionisti sadə “iPad” və telefon ilə “Bakutel” sərgisinin bütün ziyarətçiləri üçün bir-birindən maraqlı fokuslar göstərəcək.


Sərginin bütün qonaq və ziyarətçilərini işgüzar görüş və danışıqlarla yanaşı, IT texnologiyalarından istifadə etməklə keçiriləcək sürprizlər, müsabiqələr və viktorinalar gözləyir. “Eurodesign” şirkəti ardıcıl olaraq ikinci ildir ki sərginin qeydiyyat sponsorudur. İlk dəfə olaraq, “Bakutel 2015” sərgisinin kommunikasiya sponsoru qismində ölkənin ilk mobil operatoru - “Bakcell” şirkəti çıxış edir.


Sərgiyə Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən dəyərli dəstək göstərilir. Həmçinin, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) kimi yerli strukturlar da sərgiyə yaxından dəstək verirlər. İlk dəfə olaraq, “Bakutel-2015” sərgisinin kommunikasiya tərəfdaşı ölkənin ilk mobil operatoru olan “Bakcell” şirkətidir. Sərgi artıq uzun illərdir ki, Birləşmiş Millətlər Təşkilatı (BMT) və Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) kimi nüfuzlu təşkilatlardan dəstək alır. Ümumdünya Sərgi Sənayesi Assosiasiyası (UFI) tərəfindən sərgiyə verilmiş keyfiyyət nişanı isə “Bakutel” sərgisinin yüksək standartlara uyğun təşkil edildiyini bir daha təsdiq edir.



FƏXRİ QONAQ



KOMMUNİKASİYA TƏRƏFDAŞI



QEYDİYYAT SPONSORU



BİZƏ QOŞULUN!
Baş xəbərlər
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Greenwich Travel Club
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
RƏSMİ MEHMANXANALAR
Jumeirah

Qafqazpoint
Diqqət!
Avtobuslar artıq Koroğlu metro stansiyasından hərəkət edirlər.
VALYUTA MƏZƏNNƏSİ
  28/06/2016 29/06/2016
USD 1.5332 1.5363
EUR 1.6960 1.7004
GBP 2.0385 2.0482
RUR 0.0235 0.0240
HAVA



BakuTel is Copyright © 2000-2016 Bütün hüquqlar qorunur. Hosted by VebTek