EN
RU
23-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya
Texnologiyaları Sərgi və Konfransı

5 - 8 dekabr 2017 Bakı Ekspo Mərkəzi
BAŞ SPONSOR
DƏSTƏK
bakutel

Dəvətnaməni əldə edin

İştirakçıların siyahısı

Stendin rezervasiyası

Rəsmi kataloq
Sərgi » Sərgidə startup layihələr
“Bakutel” sərgisinin ənənələrindən biri də Azərbaycanda və regionda İKT sahəsinin ən böyük tədbiri çərçivəsində gənc mütəxəssislər üçün öz ideyaları , habelə yaratdıqları proqram məhsullarının və xidmətləri açmaq imkanının yaradılmasıdır. Startupların sərgidə iştirakına fəal dəstək Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən həyata keçirilir. Sənaye liderləri və dövlət qurumları ilə bərabər Bakutel sərgisində iştirak layihələri ictimai və özəl investisiyalara təqdim etmək üçün unikal imkandır. Bu il sərgidə aşağıdakı layihələr təqdim olunacaq.

GAME ZONE

Omarov's Game Studio

Mobil və VR platformaları üçün oyun istehsal edən studiyadır. 1 il ərzində qlobal bazarda auditoriyası 3.000.000 – dan çox olan 4 oyun istifadəyə vermişik.

Yüksəklik

Yüksəklik - Döyüş son damla qanına qədər davam edir

 

 

STARTAPLAR

Spinal/LİA

Sensorların köməkliyi ilə vücud qamətini əymədən oturmaq və durmaq vərdişi yaradan geyinilə bilən cihaz.
«Spinal» unikal məhsuldur: mikronəzarətli və 2 sensordan ibarət, çiyində oturan cihazdır. Sensor çiyinlərin vəziyyətini müəyyən edərək duruşun düzgünlüyünü yoxlayır. Əgər normadan kənara çıxılarsa, istifadəçi bu haqda xəbərdar olur

Mühasiblər üçün trenajor

Mühasibat Uçotunun Simulyatoru

Tabletka.az

Tabletka.az Layihəmiz ilk növbədə sizin rahatlığınız üçündür. Layihə, Azərbaycan apteklərində asanlıqla və istənilən vaxt lazım olan dərmanı tapmaq imkanı verəcək.  Tabletkа.az xidmətindən istifadə edərək pulunuza və ən əsası qiymətsiz vaxtınıza qənaət edəcəksiniz

MyExcel World Menu
paneli

Microsoft Excel üçün Xüsusi Menyu Paneli

my Baku

Bu mobil tətbiq sizə təyin olunmuş məntəqələri tapmağa və çatmaga kömək edəcək. Sadəcə, istədiyiniz obyektin adi yazaraq, siz onun haqqında bütün məlumatları əldə edə biləcəksiniz

VeloKuryer

VeloKuryer Azərbaycanın ilk və yeganə ekoloji təmiz çatdıran kuryer xidmətidir.
Artıq 3 ildir ki, şəhər mərkəzində effektiv fəaliyyət göstəririk.
Kuryer xidmətlərindən əlavə, velosipedlərin kirayəsi, təlimi, təmiri və hətta parkinqi xidməti ilə də qulluğunuzda hazırıq!

Builday

Müasir, sosial şəbəkələr ilə dolu olan bir dünyada bir çox insan anti-sosial olur. Bizim üstündə işlədiyimiz tətbiqetmə maraq, geolokasiya və radius özəllikləri ilə bu problemi həll etmək gücünə malikdir. Belə ki tətbiqetməmizin köməkliyi ilə insanlar daha da sosial olacaq. Fərz edək ki, siz bilyard ilə maraqlanırsız, və tez bir zamanda oynamaq istəyirsiz, amma sizin dostlarınız məşğuldur. Bu tətbiqetmənin köməyi ilə siz ətrafınızda məlum marağa sahib insanları tez bir zamanda tapıb, onlarla gedib bilyard oynaya bilərsiz. Facebook, VK kimi digər sosial şəbəkələrdə bu proses uzun çəkir. Və siz bilmirsiz qarşınıza çıxan istifadəçi sizin təklifinizi qəbul edəcək ya yox. Bizim tətbiqetmə lokasiya və radius özəllikləri ilə bu prosesi sadələşdirəcək. Belə ki, siz daha az vaxt sərf edəcəksiniz. Misal üçün siz sizinlə eyni marağa sahib olan insanları tapmaq istəyirsiz hansı ki sizə məsafə barədə yaxındır. Siz sadəcə radius yerinə 500 m(misal üçün) qeyd edirsiniz. Verilənlər bazasından sizə 500 m məsafədə olan insanların siyahısı təqdim edilir, və beləliklə siz rahat həmin insanlarla əlaqədə ola bilərsiniz.

İRS Cizgi

IRS Cizgi - milli və elmi fomatda hazırlanan, Vətənpərvər ruhda milli və tarixi qəhrəmanlarımızın üzərindən oxuculara məntiq, mühəndislik, dünya görüşü və s. kimi bilgiləri aydınladan Cizgi Roman, Oyuncaq, Oyun, Animasiya və s. kimi məhsullar üzərində çalışan bir komandadır.

YolGet

Şüarımız: YolGet – Yolu az xərclə get!
Web səhifəmiz: www.YolGet.az
YolGet.az – ın tətbiqetmələrini App Store və Play Store – dan əldə etmək olar.
Layihə haqqında ümumi məlumat
YolGet.az müəyyən tarixdə və ya hər gün eyni marşrutu qət edən sürücü və sərnişinlər arasında körpü yaradan bir platformadır. İstifadəçilər YolGet.az vasitəsilə xərclərinə qənaət edir, yolu daha rahat və dostlar taparaq qət etmiş olurlar. Bununla yanaşı, YolGet.az xidməti sayəsində eyni marşrut üzrə hərəkət edən avtomobil sayı azaldığı üçün ekologiyanın qorunması və tıxacların azalması kimi mövzular da aktuallıq qazanır.
YolGet-in bazarı çox böyükdür: buraya, demək olar ki, bütün sürücü və sərnişinlər daxildir.
YolGet carpooling xidməti olduğundan sürücülərin də sərnişin qismində çıxış etmək şanslarının olması (məsələn, sizin maşınınız var, lakin hər gün işə maşın sürməkdən və ya maşının xərclərindən bezmisiniz, ona görə də sərnişin kimi elan yerləşdirirsiniz) bazarımızı daha da genişləndirir. Lakin, bütün biznes sahələrində olduğu kimi, YolGet də bazarı uyğun seqmentlərə bölür. Əsas etibarilə, bunlara tələbələr, daimi səfərlər edən (işə və ya bölgələrə), bölgələrdə yaşayan və xüsusilə də aşağı və orta-aşağı təbəqədən olan əhali, suburban ərazilərə transport xidməti göstərən sürücülər daxildir. YolGet əsas reklam vasitəsi kimi istifadə etdiyi sosial şəbəkələrdə reklam edərkən məhz bu kriteriyaları nəzərə alaraq hərəkət edir.

ObaNatur

Bir ildən artıq müddətdə Azərbaycan bazarında fəaliyyət göstərir və məqsədi öz sinifində ən yaxşı olan fermer təsərrüfatlar şəbəkəsində istehsal olunan yüksək səviyyəli məhsulların və xidmətin  brendləşdirilməsi və müştərilərə çatdırılması yolu ilə sağlam qida sistemini formalaşdırmaqdır.

Wand

Wand müvəqqəti mürəkkəb istifadə etməklə kağız üzərində etdiyiniz hər  cızma-qaranı yazıldığı şəkildə smartfonunuza göndərən ağıllı qələmdir.  Müvəqqəti mürəkkəbin 30 dəqiqədən sonra quruması(yox olması) və  yazdığınız məlumatların etibarlı şəkildə mobil tətbiqetmənizdə  saxlanması sizə nə yazdığınızı görməyə və eyni kağızı sonralar  təkrarən istifadə etməyə imkan verir. Bundan başqa, məlumatların  tamlığı və qorunmasını təmin etmək üçün istifadəçilər onların  serverləmizdə saxlanması və ehtiyyat nüsxələrinin alınması imkanından  da yararlana bilərlər.

Smart Keyboard

Ağıllı klaviatura bir çox əlifbalardan istifadə edən istifadəçilər üçün rahatlıq yaradan qurğudur. Belə ki, istifadəçi hər dəfə əlifbanı dəyişdikdə, seçdiyi əlifbanın simvolları klaviaturnın düymələrində əks olunur. Klaviaturanın düymələri həmçinin geymerlərin də istəklərinə uyğun olaraq, xüsusi simvolları əks etdirə bilir.

Pazl xalça

Pazl xalça oyununun əsas məqsədi Azərbaycanda xalçaçılığın (xalçaçılıq məktəblərinin) gənc nəslə tanıdılması - sevdirilməsidir. Klassik pazl oyunlarından fərqi oyunun müəyyən mərhələlərində xalça ornamentlərinin də pazl fiqurları kimi istifadə edilməsidir.

Sumaks (Heart Guard)

Heart Guard – ürəklə bağlı problemi olan insanların ürək döyüntülərini nəzarətdə saxlamaq üçün nəzərdə tutulmuş cihazdır. Cihaz məlumatları xəstənin üzərindəki  elektrodlar vasitəsi ilə qəbul edib SD kartda qeyd edir. Həkim SD kartdakı məlumatları kompüterdə vizual olaraq görüb analiz edə bilir.

Seattip

Lahiyə yeni növ riyazi alqoritmlərin və holland auksion sisteminin mobil bilet satışı platformasına tətbiq etməklə həyata keçirilir.Məqsəd təyyarədəki bütün yerləri öncədən sata bilməkdir. seattip.com, aviaşirkətlərin qiymət mexaniziminin optimallaşdırılması və sərnişinlərə yeni növ səyahətləri sınamaq üçün yaradılmış mobil platformadır. Nəzərə alsaq ki dünyada təyyarə biletlərinin əksəriyyəti onlayn rejimdə alınır və yeni tendesiya sırf mobil platformalardan istifadədir, seattip.com bu sahədə əvəzedilməz mobil platforma olacaqdır. Belə ki, mobil tədbiqin köməkliyi ilə insanlarda həm yeni turizm vərdişləri yaranacaq həm də daha sərfəli şərtlərlə təyyarə bileti əldə etmiş olacaqlar. Platforma həmçinin Azərbaycana Dünya turistlərinin cəlb edilməsi üçün ideal bir vasitə olacaqdır. Həmçinin seattip.com-un köməkliyi ilə Azarbaycanın yerli Hava yolları şirkəti digər qonşu ölkələrdəki aviaşirkətlərlə rəqabət qabiliyyətini artıracaq və daha çox gəlir əldə edəcəkdir.

MedNot

Özündə həkim-xəstə-aptek münasibətlərini birləşdirən xəstəliklərin, xəstələrin, yazılan və alınan dərmanların statistikasının müxtəlif rakurslardan (mövsüm, region, yaş qrupu, cinsi və s.) toplayan və bunu maraqlı tərəflərə (əhali, həkimlər, apteklər, dərman şirkətləri, klinikalar, Səhiyyə Nazirliyi) açıqlaya bilən online şəbəkə yaradılır.

Sağlam Yaşam Platforması

Mobil Sağlıq Sistemi ümumi sağlamlığımızın təxminən 75 faizini təşkil edən gündəlik həyat tərzimizi optimal idarə etməmizə imkan verən bir sistemdir. Sistem, Mobil Sağlıq Stansiyalarından və bir onlayn Sağlıq Portalından ibarətdir. Mobil Sağlıq Stansiyalarında 44 parametrinizi 6 dəqıqəyə ölçərək, nəticələri  anında gısa mesaj ilə ala bilərsiniz. Portaldakı hesabınıza daxil olaraq, əvvəlki və son parametrelerininzin gedişatını qrafik görə bilərsiniz, diqqət edilməsi lazım olan parametrlər haqqında tövsiyələr ala bilər, kritik nəticələrə görə isə həkimə yönləndirilə bilərsiniz. Sistemdəki parametrlər çərçivəsində müalicə alan insanlar, bu müddətdə, müntəzəm ölçüm edərək, aldıqları müalicənin təsirinə qrafik nəzarət edə bilərlər. Portalda  yer alan sağlam həyat tərzi haqqında ətraflı məlumata sahib olaraq və çıxan problemlərə qarşı erkən tədbir alaraq, sağlam həyat müddətinizi artıra bilərsiniz. Məqsədimiz, sağlam həyat tərzi haqqında insanları marifləndirərək, sağlam cəmiyyət inşa etməkdir.

 

      

   ​​​​   

 


TƏRƏFDAŞLAR