EN
RU
23-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya
Texnologiyaları Sərgi və Konfransı

5 - 8 dekabr 2017 Bakı Ekspo Mərkəzi
DƏSTƏK
bakutel

Dəvətnaməni əldə edin

Fotoqalereya

Rəsmi kataloq

Stendin rezervasiyası
Bakutel - Nazirlik görmə qabiliyyəti məhdud olan insanlar üçün “Danışan kitabxana” yaradır
Media мərkəz » Xəbərlər

Nazirlik görmə qabiliyyəti məhdud olan insanlar üçün “Danışan kitabxana” yaradır
28.11.2016

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Məlumat Hesablama Mərkəzi tərəfindən görmə qabiliyyəti məhdud olan insanlar üçün “Danışan kitabxana” yaradılır. Artıq, 100-dək kitab peşəkar səviyyədə səsləndirilərək, kitabxana fonduna daxil edilib. Xüsusi telefon xidməti vasitəsi ilə (1541) kitabxana 24 saat ərzində avtomatik rejimdə fəaliyyət göstərəcək.

Bu cür xüsusi koteqoriyalı oxucular üçün hər gün adi kitabxanalara getmək çətindir. Lakin hər hansı bir audio kitabı, görmə qabiliyyəti məhdud olan oxucu dinləyə bilər.

Elə bu məqsədlə, fiziki imkanları məhdud olan insanları müxtəlif janr və üslublarda audio kitablarla təmin etmək üçün kitabxanada müxtəlif audio-kitablar toplanıb. Audiokitabxana klassik və müasir Azərbaycan yazıçılarının əsərlərini və dünya klassiklərinin Azərbaycan dilinə tərcümə olunmuş əsərlərini özündə ehtiva edir.

Təqdim olunan audio-kitabxananın unikallığı ondan ibarətdir ki, görmə qabiliyyəti məhdud olan insanlar üçün azərbaycan dilində "danışan kitabxana” fondu formalaşacaq.

İstifadəçilər giriş kodu əldə edərək, evdən çıxmadan, müvafiq telefon nömrəsini yığmaqla, yeni sistemə qoşula biləcək.

Sistemə qoşulmaq, janrı, yazıçını, əsərləri seçmək və qulaq asmaq üçün giriş kodunu qeyd etmək vacibdir. İstənilən vaxt dinləməni dayandırmaq və bir müddət sonra dayandırılmış yerdən dinləməyə davam etmək mümkündür.

Gələcəkdə digər dillərdə də yeni kitabların bu kitabxanaya əlavə olunması nəzərdə tutulur.

Qeyd edək ki, “Bakutel-2016” informasiya-kommuniksiya texnologiyaları sərgi-konfransı çərçivəsində kitabxananın ilkin təqdimatı gözlənilir.



TƏRƏFDAŞLAR