EN
RU
24-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya
və Yüksək Texnologiyalar Sərgi və Konfransı

4 - 7 dekabr 2018 Bakı Ekspo Mərkəzi
DƏSTƏK
bakutel

Dəvətnaməni əldə edin

İştirakçıların siyahısı

Rəsmi kataloq

Sərgi qəzeti
Bakutel - Türkiyən milli stendinin səmərəliliyi
Media мərkəz » Xəbərlər

Türkiyən milli stendinin səmərəliliyi
07.12.2017

Xəbərlər

Türkiyənin telekommunikasiya şirkətləri “Bakutel” sərgisində dəfələrlə fəal iştirak edərək bu tədbirin səmərəli iş üçün çox effektiv rol oynadığını vurğulayıblar. Şirkətlərin nümayəndələri bir sıra digər ölkələrlə qarşılıqlı təcrübə mübadiləsi üçün zəruri olan birbaşa ünsiyyət imkanları yaradan bu sərgidə iştirakın vacibliyini vurğulayırlar. Türkiyənin milli stendinin iştirakçıları məhsulların layiqli şəkildə təqdim etmək məqsədi ilə sərgidə iştirakın zəruriliyini bildiriblər.

Burada ənənəvi olaraq “Bakutel” sərgisinin dünya bazarları və aparıcı brendlərlə qarşılıqlı əlaqələri müşahidə olunur. Bu gün sərginin pavilyonlarından birini Türkiyənin nəhəng şirkətləri tutur: “Turkcell” şirkəti yüksək keyfiyyətli rouminq və geniş xidmət spektrində böyük təcrübəyə malik olan telekommunikasiya və texnologiya xidmətlərinin konvergent təchizatçısıdır. “Türk Telekom” şirkəti hazırda mobil, internet xidmətləri, telefon və televiziya məhsullarını birləşdirən və Türkiyənin ilk inteqrasiya olunmuş telekommunikasiya operatorudur. “Turksat” isə istənilən növ peyk rabitəsini təmin edən dünyanın aparıcı şirkətlərindən biridir. Şirkət qlobal ehtiyacları qarşılamaq üçün çevik həll variantları təmin edir. “PTT” şirkəti Türkiyənin milli poçt və teleqraf idarəsidir. Şirkət istənilən növ poçt xidmətləri, teleqraf, möhür və filateliya, hər hansı bank və sığorta əməliyyatları, eləcə də daxili və beynəlxalq loqistika xidmətlərini təklif edir.



TƏRƏFDAŞLAR