EN
RU
24-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya
və Yüksək Texnologiyalar Sərgi və Konfransı

4 - 7 dekabr 2018 Bakı Ekspo Mərkəzi
DƏSTƏK
bakutel

Stendin rezervasiyası

Rəsmi kataloq

Fotoqalereya

Sərgi qəzeti
Bakutel - “Bakutel 2017” sərgisi: İT sənayesinin sürətli inkişafının mühüm amili
Media мərkəz » Xəbərlər

“Bakutel 2017” sərgisi: İT sənayesinin sürətli inkişafının mühüm amili
08.12.2017

Xəbərlər

Bu gün Bakı Ekspo Mərkəzində 23-cü Azərbaycan Beynəlxalq “Telekommunikasiya və İnformasiya Texnologiyaları” (“Bakutel-2017”) sərgi və konfransının sonuncu iş günüdür. Xəzər regionunda sərgi sənayesinin ən böyük tədbiri olan “Bakutel 2017” sərgisi fikir mübadiləsi, işgüzar əlaqələrinin genişləndirilməsi, eləcə də qabaqcıl texnoloji nailiyyət və  yeniliklərlə tanışlıq üçün əlverişli şəraiti təmin etdi.  

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ölkənin Birinci xanımının sərgini ziyarət etməsi bütövlükdə tədbirə mühüm status qazandırır. Ölkə başçısı İKT sənayesində fəaliyyət göstərən dünyanın ən nəhəng şirkətlərinin nümayəndələri ilə söhbət edərək, yerli tərəfdaşlarla əməkdaşlıq layihələrini əks etdirən milli stendlərin təqdimatı ilə tanış oldu. Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi sərgiyə dəstək göstərməklə yanaşı, tədbirdə fəal surətdə iştirak edir.

Dünyanın 20 ölkəsini təmsil edən təxminən iki yüz iştirakçı şirkəti birləşdirən bu sərginin keçirilməsi bir neçə mühüm göstəriciləri ilə xarakterizə olunur. “Bakutel 2017” sərgisi və sərgiyə həsr olunmuş tədbirlər müxtəlif ölkələrdən gəlmiş hörmətli qonaqları, nazirləri, alimləri, iş adamlarını və beynəlxalq rəsmiləri bir araya toplayıb. Sərgi Azərbaycana sürətlə artan marağın fonunda iştirakçı ölkələr arasında qarşılıqlı faydalı əməkdaşlığın daha da möhkəmlənməsinə mühüm töhfə verib. Sənaye peşəkarlarını konfrans, seminar və görüşlərdə bir araya gətirən sərginin işgüzar proqramı tədbirin elmi-praktiki əhəmiyyətini artırır.

Milli stendlərin dolğunluğu sərgiyə dövlət səviyyəsində artan xarici marağı göstərir. Bu gün bir çox ölkələr Azərbaycanı strateji perspektivli tərəfdaş hesab edir, yerli bazar isə çoxtərəfli biznes üçün uğurlu platformadır.

“Bakutel 2017” sərgisinin öz ixtira, proqram və xidmətləri haqqında məlumat vermək istəyən gənc şirkətləri layihəyə cəlb etmək ənənəsini davam etdirir. Regionun İKT sektoru üzrə ən böyük tədbiri çərçivəsində “start-ap” şirkətlərə böyük diqqət yetirilir. Sənaye liderləri və dövlət strukturları ilə birlikdə sərgidə iştirak edən bir sıra perspektivli debütant öz layihələrini təqdim etdi. Bu təmayül “start-ap”ları öz qruplarına daxil edən xarici iştirakçılar üçün də səciyyəvi olub.

Sərgi çərçivəsində sayı 6000-dən çox olan ziyarətçilər gələcəkdə gündəlik həyatımıza daxil olacaq texnologiyaları böyük maraqla öyrənirdilər.

Beləliklə, sərgi informasiya əsrinin növbəti vektorunu müəyyənləşdirməklə yanaşı, müasir texnologiyaların inkişafı ilə bağlı ictimai rəyin göstəricisinə çevrildi. “Azercell” şirkətinin sponsorluğu ilə keçirilən sərginin təşkilatçısı qismində “Caspian Event Organizers” şirkəti çıxış edir.

2018-ci ildə “Bakutel” sərgisi 4-7 dekabr tarixində keçiriləcək.



TƏRƏFDAŞLAR