EN
RU
Şəxsi kabinet
25-ci Yubiley Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya
və Yüksək Texnologiyalar Sərgi və Konfransı

3 - 6 dekabr 2019 Bakı Ekspo Mərkəzi
DƏSTƏK
bakutel

Stendin rezervasiyası

Hesabatlar

Rəsmi kataloq

İştirakçıların siyahısı
Sərgi » Sərgi tədbirləri

Sərginin işgüzar proqramın açılışı Regional Rabitə Birliyinin Rabitə Administrasiyaları Rəhbərləri Şurasının 54-cü toplantısı ilə başlanıb. Bunun ardınca Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin İKT nazirlərinin yüksək səviyyəli görüşü keçirilib. Daha sonra estafeti “Davamlı inkişaf üçün rəqəmsal əməkdaşlıq” mövzusuna həsr olunmuş Birinci Xəzər İnnovasiya Konfransı qəbul edib, daha sonra Belarus-Azərbaycan 4-cü İKT Forumu da keçirilib.

      

Ötən ildən etibarən sərgi çərçivəsində “Biznesdən-Biznesə” (B2B) formatlı görüşlər keçirilir və bu il belə görüşlər sərgi iştirakçılarının öz rəqəmsal həll variantlarını təklif edə bilmələri üçün daha geniş tərkibdə keçiriliblər.

   

Bu il təşkilatçılar sərgi çərçivəsində ilk dəfə olaraq yeni müzakirə platforması “Bakutel Tech Talks” proqramını təşkil ediblər. Bakutel Tech Talks proqramı 2 gündən ibarət idi. İlk gün Bizimkilar sessiyası keçirildi. Sessiyanın adını şərtləndirən amil dünyaca məşhur olan xarici İT şirkətlərində çalışan həmvətənlərimizin spikerlər qismində çıxış etməsi idi. Tədbirin ikinci günü, “Bakutel Tech Talks” proqramı “Baxış bucağınızı bizimlə İT-iləyin” şüarı altında panel müzakirələr ilə davam edildi. Burada əsas ideya teleradio yayım, nəqliyyat, təhsil və turizm kimi müəyyən sahələrdə tələb olunan İT texnologiyalar və həll variantlarının göstərilməsi idi. Daha sonra “Bakutel Tech Talks” öz işini “Startap-dan böyük biznesə” sessiyası ilə davam etdirdi. Startap və gənc iş adamlarının dəvət olunduğu bu sessiyada təcrübəli məruzəçilər dinləyiciləri istənilən ideyanı reallaşdırmağın mümkün olduğuna əmin etməyə çalışdılar.

      

      

Rəqəmsal sahəni təşkil edən texnologiyaların nümayiş olunması və müzakirəsi ilə yanaşı, “Bakutel” həm də yüksək texnologiyaların tətbiqi ilə əyləncəli məhsulların təqdim edildiyi unikal platformadır. Bu il oyun zonası foyedə yerləşdirilərək rəqəmli muzey, məktəblilər üçün “First Lego League” turniri, “Yüksəklik” kompüter oyunu, milli nağıl qəhrəmanları haqqında “Külək – ilk nağıl qəhrəmanları” virtual nağılları, “3D Production” şirkətinin rəqəmli muzey layihəsi, Azərbaycanın görməli yerlərini çap edəcək “3D” printerlər və dronların şousu təqdim olundu. Həmçinin burada “Hədəf” liseyinin interaktiv elm muzeyinin eksponatları da təqdim olunmuşdu.

      

İlk dəfə olaraq “Bakutel” sərgisində alman alimlərinin ixtirası olan ultra-modern texnologiyası əsaslı “RoboKeeper” təqdim olunmuşdu. “RoboKeeper” - dünyanın ən sürətli qapıçısı hesab edilir.

Sərgi çərçivəsində qadınlar və onların İKT sahəsindəki roluna da xüsusi diqqət yetirilib. “Bakutel” sərgisi “İKT sahəsində Azərbaycan qadınları” (Femmes Digitales) klubu ilə birlikdə tədbirin axşam ziyafəti çərçivəsində Azərbaycanın informasiya və telekommunikasiya texnologiyaları sahəsində çalışan ən uğurlu qadınlara “AWITA 2018” “Azerbaijan - The Women in IT Award” mükafatının təqdim etmə mərasimi baş tutub.

      


TƏRƏFDAŞLAR