EN
RU
Şəxsi kabinet
25-ci Yubiley Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya
və Yüksək Texnologiyalar Sərgi və Konfransı

3 - 6 dekabr 2019 Bakı Ekspo Mərkəzi
DƏSTƏK
bakutel

Stendin rezervasiyası

Hesabatlar

Rəsmi kataloq

İştirakçıların siyahısı
Sərgi » Bakutel Tech Talks

BAKUTEL TECH TALKS - Bu il təşkilatçılar sərgi çərçivəsində ilk dəfə olaraq yeni müzakirə platforması “Bakutel Tech Talks” proqramını təşkil ediblər. “Bakutel Tech Talks” tədbiri bir sıra faydalı məlumatlar və qeyri-adi məzmunu ilə auditoriyanın diqqətini cəlb edib.


BİZİMKİLƏR

Sessiyanın adını şərtləndirən amil dünyaca məşhur olan xarici İT şirkətlərində çalışan həmvətənlərimizin spikerlər qismində çıxış etməsi idi. “Bizimkilər” sessiyasının məqsədi tədbirə toplaşan auditoriyanı nəhəng beynəlxalq İT şirkətlərinin təcrübəsi, eləcə də sənaye yenilikləri və istehsal sirləri ilə tanış etmək idi. Tədbirdə “Kompüter obrazlarının tanınması üzrə kompleks təlim”, “Müasir kompleks proqram təminatı mühəndisliyi”, “Sosial robotlar, onların layihələndirilməsi üzrə təmayüllər, eləcə də sosial robotların qlobal bazara daxil edilməsinin mümkün nəticələri”, “Süni İntellekt Tibbdə və Elmdə: Bilinən bilinməyənlər, süni intellektin məhdudiyyətləri və mümkün gələcəyi”, “Onlayn platformalarda individual tövsiyə sistemləri: Müasir dövrdə proqram təminatının işlənib hazırlanması və onun nəticələri üzrə praktiki nümunənin araşdırılması” üzrə məruzələr təqdim edilmişdi.


BAXIŞ BUCAĞINIZI İT-İLƏYİN

Tədbirin ikinci günü, “Bakutel Tech Talks” proqramı “Baxış bucağınızı bizimlə İT-iləyin” şüarı altında panel müzakirələr ilə davam edildi. Burada əsas ideya teleradio yayım, nəqliyyat, təhsil və turizm kimi müəyyən sahələrdə tələb olunan İT texnologiyalar və həll variantlarının göstərilməsi idi. Tədbirin məqsədi rəqəmli innovasiyaların istehlakçıları və təchizatçıları arasında dialoq qurmaq idi.


STARTAP-DAN BÖYÜK BİZNESƏ

Daha sonra “Bakutel Tech Talks” öz işini “Startap-dan böyük biznesə” sessiyası ilə davam etdirdi. Startap və gənc iş adamlarının dəvət olunduğu bu sessiyada təcrübəli məruzəçilər dinləyiciləri istənilən ideyanı reallaşdırmağın mümkün olduğuna əmin etməyə çalışdılar. Bütün məruzələrin əsas ideyası startap sisteminin fəaliyyətinin və onların ideyadan işlək biznesə qədər düzgün qurulma qaydalarının izah edilməsi idi. Bu sessiya ideyalar tapmaq, reallaşdırmaq, onlardan qazanc əldə etmək, ideyaların düzgün paylaşılmasının əhəmiyyəti barədə məlumat almaq istəyən şəxslər üçün imkan yatardı.

 

      

   ​​​​   

   ​​​​   


TƏRƏFDAŞLAR